Rus əsgərləri daha bir strateji obyekti ələ keçirdi

Rus əsgərləri daha bir strateji obyekti ələ keçirdi

Novofyodorovka yaxınlığındakı Ukrayna Dəniz Qüvvələrinə məxsus hava bazası da Rus əsgərlərinin nəzarəti altına keçib. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, Ukrayna əsgərləri bazanı tərk edib.

Bu arada Avropa İttifaqı və Rusiya tərəfdarları arasındakı siyasi qütbləşmə Ukraynanı ikiyə bölüb. Ağməsciddə Rusiyanın Krımı ilhaqı, Kiyevdə Ukraynanın Avropa İttifaqı ilə imzaladığı ortaqlıq sazişi qeyd olunub.

Ukraynanın şərqində isə vəziyyət gərgin olaraq qalmaqdadır.

Kiyev isə Rusiyanın Krımdan sonra bu bölgəni də Ukraynadan qoparacağından narahatdır.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bir müşahidəçi heyətini Ukraynaya göndərir. Ancaq Təşkilat üzvü olmasına baxmayaraq Rusiya, heyətin Krıma daxil olmasına icazə vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə