BMT Baş Assambleyasının Ukraynaya dair iclası martın 27-də keçiriləcək

BMT Baş Assambleyasının Ukraynaya dair iclası martın 27-də keçiriləcək

BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətə dair iclası martın 27-də keçiriləcək.

Bu barədə BMT İnformasiya Mərkəzi BMT Baş Assambleyasının 68-ci sessiyasının sədrinin mətbuat katibi Afaf Konjunun açıqlamasına istinadən bildirir.

Məlumatda bildirilir ki, martın 15-də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya veto hüququndan istifadə edərək Ukraynaya dair qətnamənin qəbul olunmasını bloklayıb. Digər üzvlər qətnamənin lehinə səs verib, Çin isə bitərəf qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə