Parlamentin yeni adının rus dilli lövhəsi artıq asılıb
Krım Rusiya Federasiyasının tərkibinə daxil edildikdən sonra Krım Muxtar Respublikası Parlamentinin adı "Krım Respublikası Dövlət Şurası" olaraq dəyişdirilib. Martın 16-da keçirilən referendumdan sonra parlamentin adının dəyişdirilməsinə qərar verilmişdi, parlamentin adının lövhəsi isə referendumdan bir gün əvvəl sökülmüşdü. Bu gün isə Krım parlamentinin binasına kiril əlifbası ilə yazılmış "Krım Respublikası Dövlət Şurası" lövhəsi asılıb.
Parlament binasının yeni adının rus dili ilə yanaşı, yaxın vaxtlada ukrayna və krım tatar dilində variantlarının əks olunduğu lövhələrlə də bildiriləcəyi açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB