NATO-nun Avropada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi planları dəyişməz qalır

NATO-nun Avropada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi planları dəyişməz qalır

NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, alyansın Avropada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi planları dəyişməz qalır.

"Raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilmə müddətinə dəyişikliklər edilməyəcək. O cümlədən Rumıniya və Polşada. Proses tam olaraq 2018-ci ildə başa çatacaq", - Rasmussen şəxsi bloqunda yazıb.

NATO-nun baş katibi Rusiyanı Şərqi Avropada vəziyyəti gərginləşdirməkdə ittiham edib. "Əgər regiona nəzər yetirsəniz, orada Dnestryanı, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağdakı dondurulmuş münaqişələri görəcəksiniz" - Rasmussen qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə