Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Ali Radanın sədri Aleksandr Turçinov özünü Krımda özünü hakimiyyət elan edənlərə üç saat möhlət verib.
Turçinov bildirib ki, bu tələb yerinə yetirilməyəcəyi halda adekvat tədbirlər görüləcək.
"Əgər Ukrayna hərbçilərinə qarşı təxribatlara son qoyulmasa, admiral Qayduk və digər hərbi və mülki girovlar azad edilməyəcəyi halda adekvat tədbirlər, o cümlədən "texniki və texonoloji xarakterli tədbirlər" görüləcək.
Qeyd edək ki, Ukraynanın Hərbi-Dəniz qüvvələrinin komandanı Sergey Qaydukun girov götürülməsi haqqında məlumat yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB