Obama və Merkel Krımdakı vəziyyəti müzakirə ediblər

Obama və Merkel Krımdakı vəziyyəti müzakirə ediblər

ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Krımdakı vəziyyəti müzakirə ediblər. Bu barədə "Ağ Ev"in bəyanatında bildirilir.

İki ölkənin liderləri Ukraynadakı vəziyyətlə bağlı ümumi mövqeni əlaqələndirməyi davam etdirməyə dair razılığa gəliblər.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden çıxış edərək bildirib ki, Avropa Birliyi və ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə