Martın 17-də Parisdə 2 milyon avro dəyərində ziynət əşyaları oğurlanıb. Bu barədə şəhərin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə polisinin nümayəndəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, oğrular səhər tezdən ziynət əşyalarının satıldığı məşhur Vandom meydanı yaxınlığındakı Sen-Onere küçəsində yerləşən mağazanın açılmasına bir neçə saat qalmış onun vitrinini sındıraraq çoxlu sayda qiymətli bəzək məmulatları aparmağa müvəffəq olublar.
Polis cinayətkar dəstə tərəfindən aparılan bahalı ziynət əşyalarının qiymətinin ümumilikdə 2 milyon avro olduğunu bəyan edib.
Xatırladaq ki, bu hadisədən iki gün əvvəl iki silahlı naməlum şəxs Vandom meydanındakı mağazaların birindən satıcıları hədələməklə 400 min avroluq brilyant aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB