Ukrayna XİN-i xarici dövlətləri Krımın müstəqilliyini tanımamağa çağırıb

Ukrayna XİN-i xarici dövlətləri Krımın müstəqilliyini tanımamağa çağırıb

Ukrayna Xarici İşlər Nazirliyi (XİN)dövlətlərə müraciət edərək, Krımın müstəqilliyini tanımamağa çağırıb. Bu barədə Ukrayna XİN-in rəsmi saytı bəyanat yayıb.

"Ukraynanın Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Krımın tanınmasından çəkinməyə çağırır", - sənəddə deyilir.

Ukrayna XİN bir daha Krımda keçirilmiş referendumu qeyri-legitim hesab etdiyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə