Vladimir Putin Rusiyanın Krımın müstəqilliyini tanıması barədə fərman imzalayıb
Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Krım Respublikasının tanınması haqqında" fərman imzalayıb. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat verib.
"Krım xalqının ümumkrım 2014-cü il, 16 mart tarixli referendumdakı iradəsini nəzərə alaraq, Krım Respublikası suveren, müstəqil dövlət kimi tanınsın", - Putinin fərmanında belə deyilir.
Sənəddə Sevastopol şəhərinin Krım Respublikasında xüsusi statusa malik olması da bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB