Bu gün Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) Renat Kuzminin ölkə prezidentliyinə namizədliyini qeydiyyata alıb.
Ötən cümə günü Ukrayna Baş Prokurorluğu rəhbərliyinin keçmiş nümayəndəsi sənədləri, o cümlədən prezidentliyə namizədin qeydiyyata alınması üçün 2,5 milyon qrivna məbləğində pul girovunun ödənilməsi barədə sənədi təqdim edib.
Ukraynada vaxtından qabaq prezident seçkiləri mayın 25-də keçiriləcək. Seçki kampaniyası fevralın 25-də start götürüb. Prezidentliyə namizədlərin qeydiyyata alınması üçün sənədlərin təqdim edilməsinin son tarixi aprelin dördüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB