ABŞ: "Rusiya bunun əvəzini artıqlaması ilə ödəyəcək" AÇIQLAMA

AB referendumun nəticələrini tanımayacaq
ABŞ: "Rusiya bunun əvəzini artıqlaması ilə ödəyəcək" AÇIQLAMA

ABŞ Krımda keçirilən referendumun nəticələrini sərt şəkildə şərh edib. SİA xəbər verir ki, referendumdan sonra Rusiya mətbuatı krımlıların 93%-nin yarımadanın Rusiyanın tərkibinə qatılmasının lehinə səs verməsi barədə məlumat yayıb. Məsələyə dərhal reaksiya verən ABŞ Rusiyanın Ukraynaya etdiyi hərbi müdaxilənin əvəzini ödəyəcəyini deyib: "Rusiya eyni zamanda beynəlxlaq hüquqları pozduğu üçün də cavab verəcək".

Məsələyə münasibət bildirən Avropa Birliyi (AB) də Rusiyanı qınayıb. AB referendumun qanuni olmadığını və nəticələrinin tanınmayacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə