"Krımı Rusiyaya bilərşdirmək üçün bir-iki həftə vaxt lazımdır"

"Krımı Rusiyaya bilərşdirmək üçün bir-iki həftə vaxt lazımdır"

Rusiyanın hakim "Vahid Rusiya" ("Единая Россия") partiyasının Duma təmsilçiləri bəyan ediblər ki, Krımı Rusiyaya birləşdirmək üçünbir-iki həftə vaxt lazımdır. SİA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu hakim partiyadan olan deputat Vyaçeslav Nikonov deyib: "Mənim fikrimcə, bu prosesi çox qısa müddətdə reallaşdırmaq olar, uzağı bir-iki həftəyə".

Rusiyalı deputat eyni zamanda bildirib ki, artıq Krım de-fakto "müstəqil dövlətdir" və onun ölkəsi Krımı Ukraynanın ərazisi kimi yox, məhz "müstəqil ölkə" qismində tanıya bilər.

"Kiyevin mərkəzi hökumətindən də bu barədə hər hansı razılığın alınmasına ehtiyac duyulmur"-deyə qeyd edən Nikonov bildirib ki, sözügedən proses tezliklə başa çatdırılacaq.

Onu da qeyd edək ki, məsələ ilə bağlı Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri Sergey Neverov da bununla bağlı fikirlərini bildirib. "Qnunvericiliyə aid olan bütün zəruri hallar referendumun nəticələrinə uyğunlaşdırılacaq"-deyə qeyd edən Neverov da bildirib ki, referendum Krımın gələcəyini təmin etmək üçün keçirildi.

Xatırladaq ki, hazırda rəsmi Kiyev və Moskva arasında kəskin siyasi qarşıdurma yaşanır və martın 16-da keçirilmiş referendum Avropa İttifaqı, ABŞ və digər aparıcı dövlətlər tərəfindən legitim olaraq tanınmır. Artıq Rusiyaya qarşı iqtisadi sanksiyaların da həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, referendumun nəticələrinə görə, səsvermələrdə 1 milyon 524 min 563 nəfər (82,71%) iştirak edib. Rusiya mənbələri bildirirlər ki, onların 95%-i Krım yarımadasının Rusiyaya birləşdirilməsinə "hə" deyiblər.

Ukrayna hakimiyyəti isə referendum günü insanların zorla səsverməyə cəlb olunduqlarını müxtəlif faktlarla dünya ictimaiyyətinə təqdim edirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə