Krım tatarları: "Rusiya tərəfdarlarına təslim olmaq fikrimiz yoxdur"

Krım tatarları: "Rusiya tərəfdarlarına təslim olmaq fikrimiz yoxdur"

Simferepolda yaşayan tatarlar yarımada sakinlərinin 93%-nin Krımın Rusiyanın tərkibinə keçməsinin leyhinə səs verməsini baykot ediblər. SİA xəbər verir ki, gərgin günlər yaşayan Krım tatarları yaşadıqları məhəllələrə Rusiya tərəfdarı olan milislərin hərəkətinə icazə vermirlər. Şəhər mərkəzində Rusiya tərəfdarları hadisəni qeyd edərkən Krım tatarları gecəni məhəllələrdə keşik tutaraq keçiriblər.

Silahlardan istifadə etmədən məhəllələrini qoruduqlarını deyən tatarlar Rusiyanın qərarları ilə razılaşmayacaqlarını bildiriblər: "Evimizdə silah saxlamaq qadağandır. Əslində, Rusiya tərafdarlarından da silahlı hücum gözləmirik. Bu baş versə, silahsız olsaq belə təslim olmaq fikrimiz yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə