Ukrayna ordusu Şərq və Cənub sərhədləri boyu hazır vəziyyətə gətirilib

Ukrayna ordusu Şərq və Cənub sərhədləri boyu hazır vəziyyətə gətirilib
Ukrayna ordusu ölkə sərhədləri boyu gücləndirilmiş rejimə keçiblər. SİA-nın məlumatına görə, bu barədə ölkə saytları xəbər verirlər. Qeyd olunur ki, Ukrayna silahlı qüvvələri həm Şimal, həm Şərq, həm də Cənub sərhəd zolaqlarında – xüsusilə, Rusiya hərbi qüvvələrinin daha çox cəmləşdikləri ərazilərə nəzarətlərini gücləndiriblər.

Ukrayna müdafiə nazirinin vəzifəsini icra edən İqor Tenyux isə bildirib ki, Ukrayna silahlı qüvvələri ölkə daxilinə müdaxilə etmiş Rusiya hərbi qüvvələri ilə eyni saya çatdırılıb.

Qeyd edək ki, Ukrayna silahlı qüvvələri tərkibində milli qvardiya yaradılıb və bu kəsim terrorçuluqla mübarizədə ordu funksiyasını yerinə yetirəcək. Belə ki, Ukrayna milli qvardiyasında olan həbi qulluqçuların sayı 60 minə çatdırılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB