Venesiyanın İtaliyadan ayrılması ilə bağlı referendum keçiriləcək

Venesiyanın İtaliyadan ayrılması ilə bağlı referendum keçiriləcək

Venesiyanın İtaliyadan ayrılması ilə bağlı referendum keçiriləcək.

Altı gün davam edəcək referendumda Venesiya şəhərinin və ətraf Veneto regionunun müstəqil olması məsələsi səsverməyə qoyulacaq. Şəhərin suverenlik əldə etməsinin tərəfdarları Şotlandiyanı və Kataloniya muxtariyyətini nümunə kimi göstərirlər.

Onların keçirdiyi son monitorinqə əsasən səsverənlərin 65 faizi Venesiyanın İtaliyadan ayrılmasının tərəfdarıdır. Şəhərin "Veneto Respublikası" adı altında müstəqilliyini bərpa etməsi bir neçə ildir gündəmdədir.

Xatırladaq ki, 1797-ci ildə Napoleon Bonapart tərəfindən müstəqilliyinə son qoyulan Venesiyanın mərkəzi hissəsi 60 il Avstriya imperiyasının tərkibində olub. 1866-cı ildə isə İtaliya Krallığına birləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə