Nigeriyada 40 nəfər naməlum silahlı şəxs ölkənin Kaduna regionunda üç kəndə qəflətən hücum edərək oranı atəşə tutublar.
Hadisə insanların yuxuda olduqları zaman baş verdiyindən qaçmaq mümkün olmamış və nəticədə həlak olanların sayı 100 nəfərə qatıb.
Regionun Şensi kənd sakinləri daha çox itki verib. Kəndin 50 sakini həmin qəfil hücumun qurbanı olub.
Gecə basqınından birtəhər canlını qurtaran kənd sakinləri evlərinə dönməyə ehtiyat edirlər.
Regionun polis komissarı silahlı basqının nə məqsədlə törədildiyi barədə məlumat verməkdən boyun qaçırıb.
Bəzi mənbələrə görə gecə basqını, bir neçə gün əvvəl müsəlman çobanın qətlə yetirilməsinə cavab olaraq təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB