Krımın statusu üzrə referendumda seçicilərin 85 faizi iştirak edib

Krımın statusu üzrə referendumda seçicilərin 85 faizi iştirak edib

Bu gün Krımın statusu üzrə keçirilən referendumda seçicilərin təqribən 85 faizi iştirak edib. Bu barədə muxtar respublikanın Baş naziri Sergey Aksyonov bildirib.

Qeyd edək ki, Krımda martın 16-na keçirilmiş "referendum"a iki sual çıxarılıb: "Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?" və "Siz Krım Respublikasının 1992-ci il Konstitusiyasının bərpasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?"

Respublika Siyasi və Sosioloji Araşdırmalar İnstitutunun 200 seçki məntəqəsində keçirdiyi "exit-poll"un nəticələrinə əsasən, referendumunda iştirak edən seçicilərin 93 faizi Krımın Rusiya ilə birləşməsinin lehinə səs veriblər. "Exit poll" Krımda 150, Sevastopolda 50 seçki məntəqəsində təşkil olunub. Sorğuda ümumilikdə 59 min 111 nəfər iştirak edib.

Seçicilərin 7 faizi isə Krımın Ukraynanın tərkibində qalmasını istəyir.

Rusiyadan başqa, bütün ölkələr və beynəlxalq təşkilatlar "referendumu" qeyri-qanuni elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə