Malayziya rəsmi olaraq beynəlxalq ictimaiyyətə müraciət edib

Malayziya rəsmi olaraq beynəlxalq ictimaiyyətə müraciət edib

Malayziya rəsmi olaraq beynəlxalq ictimaiyyətə itmiş "Boeing-777-200" təyyarəsinin axtarışına yardım etmək barədə xahişlə müraciət edib.

Bu barədə malayziyanın müdafiə naziri, nəqliyyat nazirinin səlahiyyətlərini icra edən Hişamuddin Hüseyn bəyanat verib.

Onun sözlərinə görə, artıq dünyanın 25 ölkəsi itmiş laynerin axtarışlarına qoşulub. Eyni zamanda Malayziya ABŞ, Çin və Fransadan süni peyklərdən alınmış əlavə məlumatları təqdim etməyi xahiş edib.

Xəbər verdiyimiz kimi, Malayziya milli aviaşirkətinə məxsus göyərtəsində 227 sərnişin, 12 heyət üzvü olan və Kuala-Lumpurdan Pekinə uçan təyyarə martın 8-nə keçən gecə saat 02:41 dəqiqədə radarların ekranlarından heç bir həyəcan siqnalı vermədən itib. KİV-lərin yaydığı son məlumatlara görə, təyyarə istiqaməti dəyişərək Əndəman və Nikobar adalarına tərəf uçub. Çin mənbələrinin məlumatına görə, təyyarənin düşdüyü güman edilən rayonda "şübhəli qırıntılar" tapılsa da, sonradan onların itmiş təyyarəyə aid olmadığı aydın olub.

Martın 15-də malayziyalı təhqiqatçılar itmiş təyyarənin qaçırılması versiyasının daha düzgün olduğu üzərində dayanıblar. Lakin hələ ki, hadisənin baş vermə səbəblərini və təyyarənin nə vaxt ələ keçirildiyini aydınlaşdırmaq mümkün olmayıb.

Həmçinin bildirilir ki, təyyarə kursu dəyişən zaman dispetçerlərlə hər iki əlaqə sistemi söndürülüb.

Hazırda təhqiqat qrupu təyyarəçilərin və sərnişinlərin qaçırılma ilə əlaqəsini aydınlaşdırmaqla məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə