İspaniya avtomobil qəzalarında ən az ölüm faktlarının olduğu ölkələrdəndir

İspaniya avtomobil qəzalarında ən az ölüm faktlarının olduğu ölkələrdəndir

Son 10 ildə İspaniyada avtomobil yollarında baş verən qəzalar zamanı həyatını itirənlərin sayı azalıb. Ölkədə bu müsbət tendensiyaya həyata keçirilən səmərəli tədbirlər nəticəsində nail olunub.

İspaniya Daxili İşlər Nazirliyinin dərc etdiyi hesabatda göstərilib ki, ölkənin avtomobil yollarında, 2003-cü ildə 3993 ölüm faktı qeydə alınmışdısa, 2013-cü ilin statistikasında bu rəqəm, 1128-dir. Bu 2003-cü illə müqayisədə 72 faiz, ötən 2012-ci illə müqayisədə isə 13.3 faiz azdır.

Hazırda isə, bu ölkədə 31 milyon avtomobil var. Təhlükəsizlik kəmərlərindən istifadə etməmə, motosikletçilərin müvafiq təhlükəsizlik üsullarından yararlanmaması hələ də əsas problemlər sırasındadır.

Ümumilikdə isə İspaniya avtomobil yollarında qəzaların və bu qəzalar nəticəsində yaranan ölüm faktlarının azaldılması istiqamətində səmərəli fəaliyyətin qurulduğu ölkələrdən hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə