Aİ 2014-2020-ci illərdə Bolqarıstana 15,5 milyard avro vəsait ayıracaq

Aİ 2014-2020-ci illərdə Bolqarıstana 15,5 milyard avro vəsait ayıracaq

Bolqarıstanın Baş nazirinin müavini Zinaida Zlatanova deyib ki, 2014-2020-ci illərdə Avropa İttifaqı tərəfindən Bolqarıstana 15,5 milyard avro vəsait ayrılacaq.

Bu vəsait iqtisadiyyatın və energetikanın inkişafı və infrastrukturun yaxşılaşdırılması üçün nəzərdə tutulub.

Z.Zlatanova bildirib ki, vəsaitin 7,4 milyardı ölkədə yeddi operativ proqramın reallaşdırılması üçün istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə