Ukraynanın baş naziri Arseniy Yatsenyuk jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya SSRİ dövrünə aid sərvətləri düzgün və ədalətli bölüşdürməyib. SİA-nın məlumatına görə, o, Ukrayna XİN-nə tapşırıq verib və bildirib ki, Rusiya qarşısında mülk və sərvətlərin bölünməsi ətrafında məsələ qaldırılsın.
"Faktiki olaraq, SSRİ çərçivəsində bölgü başa çatmayıb və Ukrayna legitim şəkildə öz haqlı iddialarını irəli sürmək hüququnu bildirir" - deyə bildirən Yatsenyuk onu da qeyd edib ki, Ukrayna xalqının milli maraqlarının qorunması üçün dərhal hərəkətə keçmək lazımdır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB