Krımda 21500 rus hərbçisi var

"Krım Muxtar Respublikasında hazırkı gündə 21,5 minə yaxın rus hərbçisi var". SİA-nın məlumatına görə, bu barədə Ukrayna müdafiə naziri vəzifəsini icra edən İqor Tenyux məlumat verib. O, nazirlər kabinetinin iclası zamanı bu rəqəmləri səsləndirib.

Onun sözlərinə görə, ölkənin şimal, şimal-qərb və cənub bölgələrinin sərhədlərində Rusiyanın operativ-taktiki birləşmələri toplaşmaqdadır. Tenyux qeyd edib ki, Rusiyanın Krımda yürütdüyü siyasət Ukraynanın cənubuna da təsir edə bilər.

Qeyd edək ki, dünən Ukrayna KİV-lərində Rusiya desantının Xerson vilayətinə çıxdığı barədə məlumatlar yer alıb. Daha sonra, müdafiə nazirliyi bəyan edib ki, rus hərbçiləri Ukrayna ərazilərinin dərninliklərinə qədər hərəkət etməyə cəhd edirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə