Hәlәb xalqı kimyəvi qaz hücumunun 26-cı ildönümündə şəhidlərini yad edib. SİA-nın məlumatına görə, anma tәdbirlәrinә qatılmaq üçün qonşu ölkələrdən və İraqın müxtəlif bölgələrindən minlərlə insan Hələbdә toplanıb. İranın Bane qəsəbəsindən piyada olaraq Hәlәbә gedәn qrupun başçısı Əhməd Әminzadә 5 min insanın həyatını itirdiyi qırğını dünyanın diqqәtinә çatdırmaq üçün qәsәbәyә qәdәr piyada gәldiklәrini deyib.
Hələb qırğınının dünyada törәdilәn digər kütləvi qırğınlar qədər beynәlxalq ictimaiyyәtin gündәminә әks etmәdiyini ifadә edәn Әminzadә, "təəssüf ki, dünya dövlәtlәri Hәlәb qırğınını ciddi şәkildә pislәmirlәr. Biz bu qırğının soyqırım olaraq qəbul edilməsini istəyirik" - deyərək, fikrini tamamlayıb.
Səddam Hüseynin göstәrişi ilə İraq ordusuna mәxsus təyyarələrin 16 Mart 1988-ci ildə kimyəvi qaz bombaları atdığı Hәlәbdә çoxu qadın və uşaq olmaqla 5 min nәfәr həyatını itirib, 7 mindәn çox insan yaralanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB