NATO-nun internet saytı dağıdılıb

NATO-nun internet saytı dağıdılıb

NATO-nun internet saytı virtual hücum nəticəsində mәhv olub. SİA-nın məlumatına görə, bunu Ukraynada davam edәn aksiyalardan sonra lәğv edilәn "Berkut" adlanan xüsusi polis qüvvәsinin adını istifadə edən bir qrup öz üzәrinә götürüb. "Siber berkut" adlı qrup NATO-nun Ukraynaya müdaxiləsinə qarşı olduqları üçün saytı mәhv etdiklәrini bildirib.

Qrup tәrәfindәn verilәn açıqlamanın Rus dilindә olması və hadisәnin Ukraynanın Krım Muxtar bölgəsindəki referendum əvvəlində reallaşdırılması diqqət çəkir.

NATO sözçüsü Oana Lungescu "twitter"-də verdiyi açıqlamada saytın mәhv edildiyinә dair mәlumatı tәsdiqlәyib. Ancaq bunun əməliyyat təsirinin olmayacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə