Slovakiyada martın 16-da keçirilən prezident seçkilərinin birinci turu başa çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, sosioloqlar tərəfindən keçirilmiş ekzit-polun ilkin nəticələri yaxın saatlarda məlum olacaq.
Politoloqlar hesab edirlər ki, 14 namizəddən heç biri qələbə üçün lazım olan 50 faizdən çox səsi toplaya bilməyəcək: "Belə olan halda isə martın 29-da Slovakiyada prezident seçkilərinin ikinci turu keçiriləcək. Həmin turda ən çox səs yığmış iki namizəd iştirak edəcək".
Hələlik səslərin 80 faizi sayıldıqdan sonra müəyyən edilib ki, liderliyə baş nazir Robert Fitso və milyonçu Andrey Kiska rəhbərlik edir.
Qeyd edək ki, bu, Slovakiyanın tarixində dördüncü prezident seçkilərdir. Dövlət başçısı birbaşa ümumi seçkilər yolu ilə beş il müddətinə seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB