Malayziya Hava yollarına mәxsus təyyarə radardan itdikdən sonra daha 6 saat uçmağa davam edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Malayziya baş naziri Nəcib Rza təşkil etdiyi mətbuat konfransında deyib.
N.Rzanın sözlәrinә görә təyyarə 6 saatlıq uçuş nәticisindә istiqamәtinin şimal-qərbə olması halında Qazaxıstana , cənuba olması vəziyyətində isə Hind Okeanının cәnub nöqtәsinә çatmalıdır: "Təyyarəni axtarma işlәrindә yeni bir mərhələyə başlanıb. Cənubi Çin dənizindəki axtarma işlәri dayandırılıb. Digәr tәrәfdәn Malayziya Polisi, itkin düşәn tәyyarәnin pilotu və köməkçi pilotun evlərinə gedərək tәdqiqat aparıb".
Ekspertlәrin fikrincə, təyyarənin xәbәrlәşmә sistemlərini bağlayan və təyyarəni qaçıran şәxs ya yüksək səviyyәdә texnoloji məlumata, ya da uçuş təcrübəsinә sahib olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB