Rusiya hərbi desant qrupunun enməsinin qarşısının alındığını bildirib
Kiyev israr edir ki, Ukrayna ordusu Rusiya desantının Xerson vilayətində enmək cəhdinin qarşısını alıb.
Ukrayna XİN məlumatına əsasən, Krımın bilavasitə yaxınlığında yerləşən "Arabatski strelka" adlanan əraziyə Rusiyanın 80-dək hərbçisi 4 döyüş helikopterin və 3 ədəd zirehli texnikanın dəstəyi ilə enməyə çalışıb.
Ukraynanın Müdafiə Nazirliyi qeyd edir ki, desant cəhdinin dərhal qarşısı alınıb. Bunun üçün aviasiya, quru qoşun və hava desantının istifadə olunduğu bildirilir.
Ukrayna XİN Moskvaya sərt etiraz bildirərək, vurğulayıb ki, ölkə Rusiya tərəfindən hərbi müdaxilənin qarşısını almaq üçün lazımi addımların atılması hüququnu özündə saxlayır.
Rusiya tərəfi hələlik Ukrayna XİN bəyanatına heç bir şərh verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB