Qahirədə silahlıların hücumları nəticəsində 5 polis işçisi həlak olub

Qahirədə silahlıların hücumları nəticəsində 5 polis işçisi həlak olub

Misir KİV-lərinin verdiyi məlumata görə, bu gün səhər naməlum şəxslər Qahirə ətrafındakı polis nəzarət-buraxılış məntəqəsinə odlu silahdan atəş açıblar. İlkin məlumata görə, 5 nəfər polis işçisi həlak olub. Yaralananlar haqda hələlik məlumat yoxdur. Hüquq mühafizə orqanları hadisəni araşdırırlar.
Qeyd etmək lazımdır ki, son vaxtlar hüquq mühafizə orqanlarının əməkdaşlarına hücum halları çoxalıb. Bunu Misirin sabiq prezidenti, "Müsəlman qardaşlar" hərəkatının nümayəndəsi Məhəmməd Mürsinin hakimiyyətdən kənarlaşdırılması ilə izah edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə