Sabah Krımda keçiriləcək referendum seçkiləri ilə bağlı bu gün respublikada "sakit gün" elan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Respublikanın İnformasiya naziri Dmitriy Polonskiy bildirib ki, seçkilərə bir gün qalmasına baxmayaraq, təbliğat kampaniyası ilə bağlı rəsmi qadağa qoyulmayıb.
"Ancaq seçkilər beynəlxalq standartlara uyğun şəkildə təşkil edildiyindən biz düşündük ki, referendumdan bir gün qabaq "sakit gün" olmalıdır",- deyə o bildirib.
Onun sözlərinə görə, bu da o deməkdir ki, bu gün nə yazılı mətbuatda, nə də televiziya kanallarında Krımın Rusiyanın tərkibinə daxil olub olmaması ilə bağlı mənfi və ya müsbət fikirlər səsləndirilməyəcək. Yəni, seçkiqabağı hər kəs öz təşviqatını rahat şəkildə apara bilər.
Qeyd edək ki, sabah Krımda referendum seçkiləri keçiriləcək. Əgər referendum qəbul olunarsa, o zaman Krım Rusiyanın tərkibinə daxil olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB