Rusiya hərbçiləri referendumdan sonra hərəkətə keçəcəklər

Rusiya hərbçiləri referendumdan sonra hərəkətə keçəcəklər

Krımda dislokasiya olunan Rusiya hərbçilərinin hərbi sirri açığa çıxıb. SİA ru.tsn.ua-ya istinadən xəbər verir ki, rus silahlı qüvvələri martın 17-dən başlayaraq, hərəkətə keçməyi planlaşdırıblar. Belə ki, martın 16-da -referendum başa çatdıqdan sonra Rusiya silahlı qüvvələri mühasirədə saxladıqları hərbi hissələri, eləcə də strateji obyektləri ələ keçirməyə başlayacaqlar.

Xəbərdə o da qeyd olunur ki, mülki vətəndaşlara atəş açılmayacaq. Əgər qarşı tərəf atəş açarsa, mülki şəxslər zirzəmilərdə gizlədiləcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə