Ukraynanın baş naziri Arseniy Yatsenyukun Avropa Birliyinə üzv ölkələrin Ukrayna ilə assosiasiya sazişinin siyasi hissəsini imzalamağa hazır olması ilə bağlı bəyanatı yayıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.
Bəyanatda A. Yatsenyukun bununla bağlı Avropa Birliyi Şurasının prezidenti Herman van Rompuyla danışıqlar apardığı vurğulanır. Sənəddə assosiasiya sazişinin iqtisadi hissəsinin məsləhətləşmələrin aparılmasından sonra imzalanacağı da qeyd edilib.
"AB ölkələri Ukrayna istehsalçılarının məhsullarının öz bazarlarına çıxarılması barədə birtərəfli qərar qəbul etməyə razıdır. Bu, Ukrayna iqtisadiyyatı və biznesi üçün əlavə 400 milyon dollar gətirəcək. Biz bir daha Rusiyaya müraciət edirik. Bizə tərəfdaş əlaqələri lazımdır və biz Rusiyaya əl uzatdıq. Rusiya isə əvəzində bizə qarşı tanklar, artilleriya və silah yeridib. Ümid edirik ki, Rusiyanın təcavüzü nəticəsində yaranan bu qlobal böhran dayandırılacaq və biz danışıqlar masasına qayıdacağıq",- deyə Yatsenyuk söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB