Beynəlxalq kreditorlar üçlüyü – Avropa Komissiyası (AK), Avropa Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (BVF) avronun böhran vəziyyətində olduğu vaxt Avropa İttifaqını iqtisadi kollapsdan xilas edib, lakin onun iqtisadi strukturunu dağıdıb, milli mülkiyyət hüquqlarını məhdudlaşdırıb və bütün maliyyə sistemində aşkarlığı və hesabatlılığı etibardan salıb.
Bu qənaətə Avropa parlamentinin deputatları Strasburqda keçirilmiş plenar sessiyanın axırıncı günü yuxarıda göstərilən təşkilatların fəaliyyəti haqqında iki məruzəni qəbul edərək gəliblər.
Parlament üzvlərinin fikrincə, üçlük qarşısına qoyduğu vəzifəni yerinə yetirə bilib - Avropa iqtisadiyyatını xaosdan xilas etmişdir. Bununla əlaqədar olaraq xalq seçiciləri təəssüflə bildiriblər ki, maliyyə böhranına görə məsuliyyət yükünü ilk növbədə Avropa nazirləri çəkməli olduqları halda, zərbə kreditorlara dəyir.
Bununla yanaşı, Avropa parlamenti belə qənaətə gəlib ki, "səlahiyyətlər üç müstəqil təsisat atasında qeyri-bərabər bölüşdürülüb". Buna görə də onlar bəzən eyni vəzifələri yerinə yetiriblər, qərarların qəbul edilməsi, danışıqlar aparılması isə müxtəlif hesabatlılıq səviyyəsində həyata keçirilib. Bütün bunlar ona gətirib çıxarıb ki, üçlük "öz fəaliyyətinə və demokratik hesabatlılığa lazımi nəzarət edə bilməyib" və yardıma ehtiyacı olan ölkələr barəsində çox vaxt şablon üzrə hərəkət edib.
Deputatların sözlərinə görə, AK-ın, AMB-nin və BVF-nin kreditləri müqabilində Yunanıstan, İrlandiya, Portuqaliya və Kipri öz büdcələrini onların nəzarətinə verməyə və iqtisadiyyatda struktur islahatlar keçirməyə məcbur ediblər. Kreditorlar bu şərtlərin yerinə yetirilməsinə ciddi nəzarət edib, lakin verdikləri ultimatumların mənfi nəticələrinə diqqət yetirməyiblər.
Nəticədə Aİ-də, xüsusən gənclər arasında işsizlik kəskin şəkildə artıb, kiçik şirkətlər bağlanıb, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin payı artıb.
Parlament üzvləri ortamüddətli perspektivdə üçlüyün işinin əsaslı şəkildə yenidən nəzərdən keçirilməsini təklif ediblər. Onların fikrincə, ölkələrin var-yoxdan çıxmaqdan xilas edilməsində BVF-nin iştirakı fakültətiv xarakter daşımalı, AMB-nin funksiyaları vəziyyəti "sakitcə müşahidə etməkdən" ibarət olmalıdır, AK-ı isə Avropa Sabitlik Fondu əvəz etməlidir.
Belçikadan olan deputat Filip Lamber deyib: "AK və Avropa Qrupu həyata keçirilən proqramlar (yardımlar) üçün məsuliyyəti elə dərhal öz öhdələrinə götürməli, Avropa Parlamenti və iştirakçı ölkələr qarşısında hesabat verməlidirlər. BVF-ni üçlükdəki fəaliyyətinə son qoymağa çağırıb və bildiriblər ki, avropalıların onsuz da hər cür lazımi siyasi vasitələri var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB