ABŞ və Rusiya Krım üçün Londona gedir

ABŞ və Rusiya Krım üçün Londona gedir

ABŞ dövlət katibi Con Kerri ilə rusiyalı həmkarı Sergey Lavrov Londonda görüşəcək. SİA-nın məlumatına görə, görüş martın 16-da Krımda referendum gününə təsadüf edir.

Görüşdə Kerri Rusiyanı Krıma hərbi müdaxiləsinə görə ABŞ və Avropa Birliyi tərəfindən tətbiq edilə biləcək sanksiyalarla bağlı xəbərdarlıq edəcək.

Səfər öncəsi açıqlama verən Con Kerri bildirib ki, mövcud vəziyyətlə bağlı razılıq əldə edilməzsə, bazar ertəsi Avropa və ABŞ Rusiyaya qarşı çox ciddi addımlar atmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, Moskvanın BMT-dəki səfiri Vitali Çurkin bildirib ki, Rusiya Federasiyasına qoşulub və qoşulmamasından aslı olmayaraq rəsmi Moskva Krımın hüquqlarını müdafiə edəcək. O həmçinin Rusiyanın Ukrayna ilə müharibə etmək istəmədiyini bildirib.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə