Yaponiya Rusiyaya qarşı snaksiyalarda iştirak edəcəyini bəyan etdi

Yaponiya Rusiyaya qarşı snaksiyalarda iştirak edəcəyini bəyan etdi

Rəsmi Tokio Rusiyanı BMT qətnaməsini pozmaqda ittiham edib və beynəlxalq sanksiyalarda iştirak edəcəyini istisna etməyib. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, artıq yapon hökuməti müttəfiq ölkələrin qərarını gözləyir. Belə ki, ölkənin xarici işlər naziri Fumio Kişido ölkənin "Nikkei" qəzetinə münasibətini açıqlayarkən bildirib ki, buna səbəb Krımdakı mövcud vəziyyətlə bağlıdır.

XİN rəsmisi qeyd edib ki, yapon hökuməti rəsmi Moskvaya qarşı yönəldiləcək sanksiyalarla bağlı müxtəlif variantlar üzərində işləyir və böyük ehtimalla Avropa İttifaqının və ABŞ-ın sanksiyalarına uyğun qərarlar qəbul olunacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə