"Kanada Ukraynaya maliyyə yardımı edəcək, lakin bir neçə şərtlə... SİA-nın məlumatına görə, Kanada Ukraynaya iqtisadi artıma görə 220 milyon dollar ayırmağı planlaşdırıb. Bu yardım beynəlxalq maliyyə yardımı çərçivəsində reallaşdırılacaq". Bu barədə Kanada xarici işlər naziri Con Bred CBC kanalına müsahibə verərkən deyib.
"Baş nazir Stiven Harper bəyan deyib ki, Kanada bir neçə şərt irəli sürərək, Ukraynaya 220 milyon dollar maliyyə yardımı göstərməyə hazırdır. Həmin şərtlər ondan ibarətdir ki, Ukrayna göstəriləcək maliyyə yardımı çərçivəsində sözügedən vəsaiti iqtisadi artıma, demokratiyanın inkişafına və ədalətli dövlət idarəçiliyi istiqamətinə xərcləməlidir" - deyə, Con Bred bildirib.
Xatırladaq ki, bundan öncə Avropa İttifaqı və ABŞ hökuməti də Ukraynaya maliyyə yardımı ayırmağı planlaşdırıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB