Türkiyə ilə Niger dövləti arasında saziş imzalanıb

Türkiyə ilə Niger dövləti arasında saziş imzalanıb

Niger prezidenti İssofu Mahamadu Türkiyə prezidenti Abdullah Gülün dəvəti ilə Türkiyədə səfərdədir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu, Nigerdən Türkiyəyə prezident səviyyəsində reallaşan ilk ziyarətdir.

Qonaq prezident üçün Çankaya Köşkündə rəsmi qarşılama mərasimi keçirilib.

Təkbətək və heyətlərarası görüşdən sonra iki ölkə arasında əməkdaşlığa dair sazişlər imzalanıb.

Nigerdəki nəhəng inkişaf prosesi çərçivəsində dəyişik sahələrdə layihələr həyata keçirildiyinə diqqəti çəkən Abdulla Gül deyib ki, müəyyən sahələrdə Türk şirkətlərinə Nigerdə iş imkanı təmin edilməsini arzu edirik: "Niger xüsusilə mədənlər sahəsində başda uran olmaqla çox zəngin bir ölkədir. Türkiyənin istər dövlət, istər özəl sektorunun bu sahələrdə daha fəal olmasını arzulayırıq".

Niger prezidenti də Türk şirkətlərinə dəstək olacağına söz verib. İki lider daha sonra şam yeməyində bir araya gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə