Nazir Pan Gi Munla Ukrayna məsələsini müzakirə etdi

Nazir Pan Gi Munla Ukrayna məsələsini müzakirə etdi

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Nyu Yorqda keçirdiyi görüşləri çərçivəsində BMT baş katibi Pan Gi Munla bir araya gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, görüşdə Kipr və Ukrayna məsələləri müzakirə edilib.

Davudoğlu Ukraynanın ərazi bütövlüyünə diqqəti çəkərək deyib ki, Krım parlamentinin qəbul etdiyi müstəqillik qərarı və daha öncə qəbul etdiyi qərarlar Ukraynanın ərazi bütövlüyünə zərər verəcək şəkildə dəyərləndirilməməlidir

Nazir Türkiyənin hər zaman Krım tatarlarının yanında olduğunu xatırladaraq bildirib ki, onların hüququnu qorumaq bizim tarixə qarşı borcumuzdur.

Ə. Davudoğlu Kipr məsələsi ilə bağlı yunanlı jurnalistlərin suallarına cavabında isə deyib ki, adada məsələnin əsaslı şəkildə həll edilməsi məqsədilə atılan addımlara dəstək olunmalıdır.

Bu arada Davudoğlu Nyu -Yorkda BMT Baş Assambleyasının sədri Can Eşşi ilə də görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə