Gürcüstanın demoqrafik durumu narahatlıq doğurur

Gürcüstanın demoqrafik durumu narahatlıq doğurur

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə demoqrafik problemlərlə məşğul olan xüsusi komissiya yaradılıb.

Gürcüstan parlamentinin səhiyyə komitəsinin sədri Dimitri Xundadze bunun mövcud vəziyyətlə əlaqədar olduğunu və ölkənin qarşılaşdığı bir sıra problemlər sırasında demoqrafik durumun da ciddi narahatlıq doğurduğunu bildirib. O deyib ki, statistik məlumata görə, İkinci Dünya müharibəsindən sonrakı illərdə belə Gürcüstanda doğum indikindən çox olub. Ölkədə doğum 1970-ci ildə ən yüksək həddə çatmış, 120 minədək körpə dünyaya gəlib. Hazırda isə ildə bunun yarısından az uşaq doğulur və 2012-ci ildə 40 min abort qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə