Krım Parlamenti Müstəqillik haqqında Bəyannamə qəbul edib

Krım Parlamenti Müstəqillik haqqında Bəyannamə qəbul edib

Krım Ali Soveti muxtar respublikanın və Sevastopol şəhərinin müstəqilliyi haqqında Bəyannamə qəbul edib. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.

Belə ki, sənədin qəbulu zamanı Ali Sovetin 100 deputatından 78-i Bəyannamənin lehinə səs verib. Sənəd yarımadanın Rusiyanın tərkibinə daxil olmasının və 16 mart referendumunun hüquq əsaslarını yaradır. Əgər Referendum seçkilərində Krımın Rusiyaya birləşməsi əhali tərəfindən səs çoxluğu qazansa, o zaman Krım müstəqil və suveren dövlət elan olunacaq.

Daha sonra Krımın Rusiyaya daxil edilməsi üçün Rusiya dövlətinə müraciət ünvanlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə