ABŞ dövlət katibi Con Kerri Vladimir Putin ilə danışıqlar təklifini rədd edib. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Con Kerrinin sözlərinə görə, Ukrayna ilə bağlı məsələdə rəsmi Moskva ilə ABŞ arasında razılıq əldə olunmayana qədər danışıqlar baş tutmayacaq: "Moskvanın Krıma hərbi müdaxiləsi danışıqları daha da çətinləşdirir. Əgər Ukrayna məsələsində Moskva ABŞ-ın təkliflərini nəzərə almasa, o zaman Rusiya prezidenti ilə danışıqlar da baş tutmayacaq".
ABŞ rəsmiləri isə Krımın gələcəyini təyin edən referendumun keçirilməsi qərarı saxlanılsa, bu haqda danışıqların keçiriləcəyini söyləyiblər.
Qeyd edək ki, referendumun martın 16-da keçirilməsi ilə bağlı qərar qəbul olunub. Ukrayna və Qərb isə səsvermənin qanunsuz olduğunu bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB