ABŞ prezidenti Kanadanın baş nazirinə uduzduğu iddia ilə əlaqədar ona pivə göndərib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama və Kanadanın baş naziri Stephen Cozef Harper "Soçi Qış Olimpiadası"ında xanımların və kişilərin buz xokeyi komandalarının qalibiyyəti üzrə iddiaya giriblər. İddiaya əsasən, məğlub olan tərəf qalib tərəfə bir qutu pivə almalı idi. Hər iki qarşılaşmada Kanada komandalarının qalib olması nəticəsində Harper iddianı qazanıb.
Pivələrin Vaşinqtondakı Kanada səfirliyinə göndərilməsi ilə bağlı xəbər isə ABŞ prezidentinin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinə aid "Twitter" hesabında yerləşdirilib. Kanadanın baş naziri Harper isə xəbəri öz "Twitter" hesabında paylaşaraq Obamaya təşəkkür edib.
Qeyd edək ki, Prezident Obama 2010-cu ildə Vancouver Qış Olimpiadasında da Harperlə eyni iddiaya girib uduzmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB