Malayziyaya aid itkin düşən təyyarənin sərnişinlərinə zəng çatır DİQQƏT

Malayziyaya aid itkin düşən təyyarənin sərnişinlərinə zəng çatır DİQQƏT

Malayziyaya aid itkin düşən təyyarənin axtarışına 10 ölkənin hava, dəniz, kosmos və sualtı nəqliyyat vasitələri cəlb edilisə də, hələ ki, müsbət nəticə əldə olunmayıb. SİA Çin mətbuatına istinadən xəbər verir ki, çinli vətəndaşlar təyyarədəki yaxınlarına zəng vurarkən onların mobil telefonlarına zəng çatdığını deyiblər: "Onların telefonları çağırsa da, hələ ki cavab verən olmayıb".

Malayziya polisi bildirib ki, hazırda diqqət təyyarəyə oğurlanmış pasportla minən 2 nəfərin və son anda minməkdən imtina edən 5 sərnişinin üzərində toplanıb: "Bizdə onların fotoşəkilləri var. Axtarışlar davam edir".

Rəsmi Çin isə Cənubi Çin dənizində su səthinin üzərinə yayılmış yağ təbəqəsinin itkin təyyarəyə aid olmadığını açıqlayıb. Məlumata görə, yağ təbəqəsindən alınan nümunələr üzərində aparılan təhlillərin nəticələrinə görə, dəniz səthindəki yağ qalıqları ərazidən keçən gəmilərin birindən sızıb.

Bütün xəbərlər Facebook səhifəmizdə