ABŞ Ermənistana yardımı 2013-cü illə müqayisədə 11 milyon dollar azaldıb
Amerika Birləşmiş Ştatları maddi yardım məsələsində Ermənistanı narazı salıb.
Amerika hökumətinin 2015-ci il üçün Cənubi Qafqaz ölkələri üçün maliyyə yardımı proqramında 2013-cü illə müqayisədə Ermənistana ayrılan yardım daha 11 milyon dollar azaldılaraq 24,7 milyon dollara endirilib. Vaxtı ilə bu yardım 40 milyon dollar təşkil edirdi.
Həmin məbləğ tənəzzüldə olan Ermənistan iqtisadiyyatına və məhkəmə orqanlarına yardım etmək, Ermənistan ordusunu formalaşdırmaq məqsədilə ayrılır.
Qeyd edək ki, ABŞ Gürcüstana 53,5, Azərbaycana isə 24,7 milyon dollar yardım ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB