Nigerin prezidenti Mahamadu İssufu bu dövlətin prezidenti səviyyəsində ilk səfərini Türkiyədə keçirir. İssufunun Türkiyəyə dördgünlük rəsmi səfəri başlayıb. Bu barədə SİA TRT telekanalının saytı istinadən xəbər verir.
İssufu və onu müşayiət edən çoxsaylı nazirlərdən ibarət nümayəndə heyəti artıq öz rəsmi kontaktlarına başlayacaq.
İssufu iki ölkə sahibkarlarının iştirakı ilə İstanbulda təşkil olunacaq işgüzar forumunda iştirak edəcək.
İssufunun Türkiyəyə səfəri çərçivəsində dövlətlər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra mühüm sənədlər imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB