Bolqarıstan Vahid Xalq Partiyası Rusiyanın Sofiyadakı səfirliyinin önündə "Ukraynadan rədd olun" şüarı ilə etiraz aksiyası keçib.
Aksiya iştirakçıları Rusiyanın Ukraynadan getməsinin rəmzi olaraq köhnə ayaqqabıları səfirlik binasının girişinə düzüblər. Kiyevdə həlak olan insanların xatirəsinə hörmət əlaməti kimi ayaqqabıların bəzilərinə mavi və sarı çiçəklər qoyulub.
Bolqarıstan Vahid Xalq Partiyasının sədri Mariya Kaponun jurnalistlərə bildirib ki, Rusiyanın Ukraynada apardığı siyasət imperiya ambisiyalarının təzahürüdür və XXI əsrdə buna imkan vermək olmaz. O, etiraz aksiyasının rus xalqına qarşı deyil, rus hökumətinə qarşı yönəldiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB