Yaponiyanın Baş naziri təbii fəlakətin ziyan vurduğu rayonlarda bərpa işlərinin sürətləndiriləcəyini vəd edib
Yaponiyanın Baş naziri Şinzo Abe 2011-ci ildə zəlzələ, sunami və atom elektrik stansiyasında baş vermiş qəzanın ziyan vurduğu rayonlarda bərpa işlərinin sürətləndirilməsi üçün əlindən gələni edəcəyini vəd edib.
Baş nazir martın 10-da parlamentin yuxarı palatasının büdcə komitəsindəki çıxışı zamanı bu barədə danışaraq deyib ki, gələn il martın sonunadək 200-dək yaşayış məntəqəsi daha yüksək ərazilərə köçürüləcək, inşa edilən 10 mindən artıq ictimai obyektin tikintisi başa çatdırılacaq.
Ş.Abe, həmçinin bildirib ki, hökumət "Fukusima-1" atom elektrik stansiyasındakı qəzadan zərər çəkmiş sakinlərin doğma evlərinə dönməsi üçün yol xəritəsi üzərində işləyir. Təxliyəsi artıq uzun müddət davam edənlər üçün icmaların bərpa olunması məqsədilə ictimai yaşayış sahələrinin tikintisi həyata keçirilir. Qəzadan ötən son ildə bərpa işlərində böyük irəliləyiş əldə edilib. Bununla belə, lazım olan işlərin yalnız yarısını görmək mümkün olub və hələ də 270 min insan daimi yaşayış yerindən mərhumdur.
Baş nazir vurğulayıb ki, hökumət zərər çəkmiş rayonların əhalisinin həqiqətən bərpa işlərinin həyata keçirildiyini hiss etməsi üçün lazım olan hər şeyi edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB