Ukraynanın təhlükəsizlik Xidməti (SBU) özünü "xalq qubernatoru" elan etmiş və Rusiyanın Ukraynaya yönəlik siyasətini dəstəkləyən Pavel Qubaryovu həbs edib. SİA Ukraynanın glavred.info saytına istinadən xəbər verir ki, SBU-ya məxsis "Alfa" qrupu Qubaryovu Donetskdəki mənzilində məhkəmənin verdiyi sanksiya əsasında həbs edib.
Xatırladaq ki, Pavel Qubaryov Rusiyanın Ukraynaya yönəlik siyasətini dəstəkləyən mitinqdə iki dəfə Donetsk vilayəti şəhər administrasiyasını tərəfdarları ilə birgə özünün rəhbərliyi ilə zəbt etmiş, daha sonra isə Donetsk vilayətiində referendumun keçirilməsi üçün qərar qəbul etmişdi.
Bundan əlavə, o və tərəfdarları şəhərdə yerli maliyyə idarələrini ələ keçirib.
Qubaryova qarşı, dövlət çevrilişinə cəhd, separatçılıq və digər maddələr üzrə cinayət işi açılıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB