Təyyarəni naməlum cisim qəzaya uğradıb ŞOK İDDİA

Təyyarəni naməlum cisim qəzaya uğradıb ŞOK İDDİA

İki gün öncə gün səhər saatlarında Cənubi Çin dənizinin üzərindən uçarkən itən Malayziya təyyarəsinin havadan və dənizdən aparılan axtarış işləri zamanı vyetnamlı səlahiyyətlilər uçuş müddətində təyyarənin qapılarına naməlum cismin yaxınlaşdığını müəyyənləşdiriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Vyetnamın Baş qərargah rəisinin köməkçisi general-leytenant Vo Van Tuan mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, təyyarənin itdiyi ərazinin dəqiq koordinatları məlumdur: "Düşünürəm ki, naməlum cismin köməyilə təyyarəni tapacağıq".

Qeyd edək ki, Malaziya Hava yollarına məxsus "Boeing 777-200" təyyarəsi Kuala-Lumpur Pekin reysini həyata keçirərkən radarlardan itib. Təyyarədə 227 sərnişin və 12 ekipaj üzvü olub. Təyyarə səhər saat 06:30 Pekində enməli olsa da, bu ölkənin hava məkanına daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə