Malayziya təyyarəsinə məxsus olduğu güman edilən qırıntılar aşkarlanıb

Malayziya təyyarəsinə məxsus olduğu güman edilən qırıntılar aşkarlanıb

Fransanın "Fiqaro" qəzetinin yazdığına görə, Vyetnam Hərbi Hava Qüvvələrinin təyyarəsi Cənubi-Çin dənizində itkin düşmüş Malayziya avialaynerinə məxsus olduğu güman edilən qırıntılar müşahidə edib.
Vyetnamın hakimiyyət dairələrindən bildiriblər ki, Asiya regionunda axşam düşdüyündən dənizdə aşkarlanmış obyektə lazımi qaydada baxmaq mümkün olmayıb. Həmin yerə əlavə vasitələr bazar ertəsi səhər göndəriləcək.
Xatırladaq ki, göyərtəsində 227 sərnişinin və 12 ekipaj üzvünün olduğu Boinq 777 ilə əlaqə cümə günü Bakı vaxtilə saat 22:40-da, Kuala-Lumpur – Pekin marşrutu üzrə hərəkət edən təyyarə Cənubi-Çin dənizi üzərində olarkən itmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə