Rusiya hərbi birləşmələri Krımın Çonqar rayonuna aid əraziləri minalamağa başlayıb. SİA xəbər verir ki, bu barədə öz facebook hesabında hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitriy Tımçuk məlumat yayıb.
"Bu gün səhər Çonqar rayonunun Ryumşino yaşayış puntktundakı dambada minalanma faktları müşahidə edilib"-deyə qeyd edən Tımçuk onu da yazıb ki, Ukrayna vaxtı ilə səhər saat 10:00-da Rusiya tərəfindən çıxış edən Krım özünümüdafiə dəstələri Ukrayna silahlı qüvvələrinə məxsus Yevpatoriya zenit-raket alayına ultimatum irəli sürüb.
"Hərbi hissənin şəxsi heyəti qarşı tərəfdən ultimatum alıb. Lakin heç kim silahlı yerə qoymaq fikrində deyil və sona qədər dirəniş göstəriləcək. Ultimatum saat 20:00-a qədərdir və qarşı tərəf ultimatumun yerinə yetirilməyəcəyi halda ən sərt güc tədbiq edəcəyini söz verib"-deyə Tımçuk qeyd edib.
Ultimatumun şərtlərinə görə, əgər saat 20:00-a qədər ukraynalı hərbçilər silahlarını təhvil verməsələr hərbi hissəyə hücum ediləcək.
Jurnalistlərə isə xəbərdarlıq edilib ki, onlar hərbi hissəyə doğru 100 metrdən yaxına getməməlidirlər. Belə ki, əks halda onlar cavabdehilk daşımayacaqlarını deyiblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB